15 Mart 2018 14:51
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:24

Bakıda tanınmış musiqiçi intihar edib.

Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov özünü zəhərləyib.

Hadisə dünən günorta saatlarında 44 yaşlı P.Həsənovun yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində baş verib. P.Həsənov sirkə turşusu içib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırdı./Kriminal.az/

***

İndi mən atamın hüzründəyəm, cümə axşamı veririk. Dünən Pircanın özünü zəhərlədiyindən xəbər tutdum. Düzü, bizə də gəlib-gedən çoxdur deyə onun evinə hələ başa çəkə bilməmişəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədova deyib.

Onun sözlərinə görə, Pircan Həsənovun problemi var idi: “Tam dəqiqliyi ilə bilmədiyim üçün ətraflı danışmaq mənə çətindir, amma borcu olduğunu bilirdim. Onu borca görə sıxışdırmasaydılar yaxşı olardı.

Heç istəməzdim ki, durduq yerdə başına bu iş gəlsin. Körpə balaları var. Yəqin çıxılmaz vəziyyətdə qalıb. Gözəl musiqiçi, dost idi. 1993-cü ildən birlikdə tələbə yoldaşım olub, sonra illərlə ansamblımda çalışıb. Həmişə mərifəti, diqqəti ilə seçilib. Hərtərəfli dost idi. Bir sözlə çox yaxşı insan idi. Allah rəhmət eləsin”.


Müəllif: Şəfiqə