15 Mart 2018 20:27
3 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yakutiya əyalətindəki hava limanından qalxan "Antonov 12" tipli poçt təyyarəsindən yerə qızıl külçələr tökülüb.

Teleqraf.com xəbər verir ki, təyyarə havada olarkən saxlanc yerinin qapağı qırılıb və içəridiki 200-ə yaxın qızıl, gümüş külçələr yerə tökülüb.

Külçələrin hər biri 20 kiloqram ağırlıqda olub.

Yakutiyadakı Kanada şirkətinə məxsus külçələr yerdən yığılaraq qablaşdırılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com