15 Mart 2018 23:28
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında yerüstü piyada keçidi çöküb. Ölən və yaralananların olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, hadisə Mayamidə Florida Beynəlxalq Universitetinin yaxınlığında baş verib. Çökən konstruksiyanın altında xeyli avtomobil qalıb.

Hadisə yerində xilasetmə işləri aparılır.

Keçid bir neçə gün öncə istifadəyə verilib.


Müəllif: Teleqraf.com