16 Mart 2018 09:07
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yanğın faktı qeydə alınıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, şəhərin H.Z. Tagıyev qəsəbəsində ümumi sahəsi 36 m2 olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müəllif: Teleqraf.com