16 Mart 2018 11:26
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində hərbi avtomobil qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Zil 131” markalı hərbi yük avtomobilinin aşması nəticəsində bir əsgər ölüb.

Ermənistan Müdafiə Nazirliyi ölən əsgərin 1999-cu il təvəllüdlü Edqar Eremyan olduğunu açıqlayıb.

Qəzanın səbəbləri məlum deyil.


Müəllif: Samir