26 Aprel 2014 13:55
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Söhbət zamanı əməkdaşlığımızın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulandı.


Müəllif: