21 Mart 2018 23:43
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba rayonu, Amsar kəndində yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m2 olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​


Müəllif: Teleqraf.com