24 Mart 2018 13:13
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən 200 min manat pul və 100 minlik qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən 200 000 manat və 100 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılıblar.


Müəllif: Teleqraf.com