24 Mart 2018 20:00
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada 37 yaşlı Laura Linn Kros adlı müəllimə 14 yaşlı şagirdindən uşaq dünyaya gətirib.

Teleqraf.com xəbər verir ki, Florida ştatında yaşayan Laura 14 yaşlı şagirdindən hamilə qalıb.
Uşağın ailəsi 2012-ci ildə onun tez-tez müəlliməsinin evinə gedib gəlməsindən, onunla oynamasından və hovuzda birlikdə üzməsindən şübhələnib, vəziyyəti məktəb direktoruna deyib. Bundan sonra məsələyə polis də qarışıb. Araşdırmalardan sonra məlum olub ki, hadisə baş verən zaman 30 yaşında olan müəllimə 14 yaşlı şagirdi ilə sevgi münasibəti yaşayıb və bir il sonra onların uşağı olub.
Dərhal məktəbdən uzaqlaşdırılan qadının məhkəmədən sonra həbs ediləcəyi gözlənilir.


Müəllif: Cabbar