9 Avqust 2014 20:11
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Qüvvələr Birliyində fikir ayrılığı yaranıb. Artıq tərəflərin bir araya gəlməsinin mümkün olmadığı bildirilir.

Buna səbəb kimi qurumda təmsil olunan kiçik partiyaların böyük iddialarla çıxış etməsi göstərilir.

Hazırda bu təşkilatda ALP, AMİP, KXCP, AzDP kimi tanınmış partiyalar təmsil olunur və onlar bələdiyyə seçkilərində iştirakı vacib hesab edir. Digər partiyalar isə seçkilərdə iştirakı məqbul hesab etmir.

Qurumdan isə deyirlər ki, kiçik partiyaların seçki müqaviməti daha çox onların ortaya namizəd çıxarmaması ilə bağlıdır. Ancaq iş ondadır ki, ALP, KXCP, AMİP və AzDP seçkilərdə iştirak edəcəyini ifadə etsələr də, vahid mövqedən çıxış edə bilmirlər. Odur ki, bu partiyalar hələlik seçkilərdə təkbaşına iştirak edəcəklərini açıqlayıblar.


Müəllif: