12 Aprel 21:57

3 oğlan yoldan keçən fiziki qüsurlu şəxsi ələ salmaq üçün ona yaxınlaşıb. Gənclər əli əsalı şəxsdən pul istəyib. O, pulunun olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, bu zaman gənclərdən biri qüsurlu şəxsin üzünə gözyaşardıcı qaz sıxıb və ona yumruq vurub. Digəri isə köməksiz vəziyyətdə olan şəxsi təpikləyib. Olanlar 3-cü gənc tərəfindən mobil telefonla lentə alınıb.

Hadisə Rusiyanın Kirov bölgəsində baş verib. Görüntülərin sosial şəbəkədə yayılmasından dərhal sonra yerli sakinlər gənclərin tapılaraq, dərhal cəzalandırılması üçün polisə müraciət edib.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir
Загрузка...