13 Aprel 09:38

Fövqəladə Hallar Nazirliyi dünən Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verdiyi bildirilir.

Həmin mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

***

2018.04.12 21:00

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda tikilməkdə olan binada baş vermiş yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

***

19:38

Bakının Binəqədi rayonunda tikilməkdə olan binada yanğın başlayıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın binanın yuxarı mərtəbəsində başlayıb.

Hazırda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

***

19:00

Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb.

Görüntülərdə binada yaşayışın olmadığı görünür. Yanan bina Binəqədi rayonu, 8-ci mikrorayonda, “Bolluq bazarı”nın yerində yerləşir.

Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub.


Müəllif: Teleqraf.com
Загрузка...