13 Aprel 2018 23:11
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın milli ordusunun komandanı general Xəlifə Xaftar Parisdə ölüb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Tripolidəki mənbə bildirib.

“Onun ölümü haqqında informasiya var”, - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, çərşənbə günü qərb KİV-i onun xəstəxanaya yerləşdirilməsi haqqında məlumat yayıb. Generalın insult olduğu təxmin edilir. Onu Parisə İordaniyadan aparmışdılar.

Lakin Xaftara yaxın dairələr bu informasiyanı təkzib ediblər.

“O, siyasi danışıqlar aparmaq üçün İordaniyadadır və özünü yaxşı hiss edir”, - Liviyanın hərbi dairələrindəki mənbə deyib.

Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

“Xaftar ötən il Aralıq dənizində neftdaşıyan limanların əksəriyyətini nəzarət altına alıb və o vaxtdan Rusiya prezidenti Vladimir Putin ona açıq maraq göstərir”, - İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid ötən il yazmışdı.


Müəllif: Teleqraf.com