22 Aprel 2018 11:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın kriminal hərbi-siyasi rejimi son günlər güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə çirkin, yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatı şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistanda alovlanan xalq hərəkatından diqqəti yayındırmaq üçün erməni rəsmi qurumları Qarabağda Azərbaycan Ordusunun hərəkətlənməsi ilə bağlı yalan məlumatlar yayırlar.


Müəllif: Teleqraf.com