22 Aprel 2018 14:53
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda metroda qadın intihar edib.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a bildirib ki, hadisə saat 12:50-də metronun "28 May" stansiyasında baş verib.

"İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən 14 saylı qatar "28 May" stansiyasına daxil olarkən qadın özünü qatarın altına atıb.

Qadının cəsədi qatarın altından çıxarılıb.

Özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

Hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb.


Müəllif: Teleqraf.com