23 Aprel 2018 01:42
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən qadın meyiti tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1929-cu il təvəllüdlü Qədirliyeva Züleyxa Yusifna qızının cəsədini aidiyyəti üzrə təhvil verib.


Müəllif: Teleqraf.com