24 Aprel 2018 18:29
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (APA)


Müəllif: Teleqraf.com