27 Aprel 2018 01:13
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində 31 yaşlı kişi 28 yaşlı həyat yoldaşını amansızcasına qətlə yetirəndən sonra onun kəsilmiş başını zibil qutusuna atıb.

Teleqraf.com xəbər verir ki, Zhanq adlı caninin əməli zibil qutularının yerləşdirildiyi küçəyə nəzarət edən təhlükəsizlik kamerasında əks olunub.

Kangle kəndində baş verən cinayətlə bağlı polisə zibillikdə metal əşyalar toplayan şəxs məlumat verib.

Polis canini yaxalayıb. Caninin yanındakı şəxsin axtarışları davam etdirilir.


Müəllif: Ayxan