12 May 2018 16:18
3 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:15

Tanınmış aşıq Azər Xanlaroğlu bu gün səhər Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Azər Xanlaroğlu 3 ildir hepatit xəstəliyindən müalicə alırdı.

Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş aşkar edilmişdi. O, həmçinin sürətli piylənmədən də əziyyət çəkirdi.

***

Aşıq Azərlə vida mərasimi bu gün saat 13:00-da ailənin Badamdar qəsəbəsində yerləşən evində təşkil edilib.

Vida mərasimindən sonra mərhumun nəşi Qurd Qapısı qəbiristanlığında, atası Aşıq Xanlar Məhərrəmovun yanında dəfn edilib.

Aşıq saz havası sədaları altında torpağa tapşırılıb.


Müəllif: Xəzər Süleymanlı