12 May 2018 16:27
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan Kiprində mafiyalarla bağlı kəşfiyyat məlumatları polis tərəfindən onların özünə çatdırılır.

Teleqraf.com xəbər verir ki, yunan Kiprinə aid mediada kəşfiyyat məlumatlarını əldə edən mafiyaların daim polisdən bir addım öndə olduğu bildirilib.

Məlumatda qeyd edilir ki, cinayətkar şəbəkələr haqqında kəşfiyyat informasiyasını sistemə giriş icazəsi olan polis və ya USB vasitəsilə kənara sızdırıldığı təxmin olunur. Məlumatların mafiyaya nə zaman və kim tərəfindən ötürüldüyü hələlik müəyyən edilməyib.

Buna baxmayaraq cinayətkar şəbəkələr hüquq-mühafizə orqanlarında özləri və əməkdaşlıq etdikləri mafiyalar haqqında informasiyadan vaxtında xəbər tuturlar.


Müəllif: Cavad