12 May 2018 17:18
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mayın 7-dən 12-dək Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Teleqraf.com xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla çıxış edib.

Komandanın üzvləri Ramil Cəbiyev, Murad Ağazadə, Anar Abbaslı və Anar Rzayev olimpiadanın bürünc, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.


Müəllif: İlhamə Əbülfət