12 May 2018 14:09
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dairəvi-1 avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində “Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib:

“Belə ki, ərazidə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan "Pajero" markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və Yol Xətt MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisini olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub və yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb.

İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib”.

Anar Nəcəfli qeyd edib ki, ilkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət