12 May 2018 18:45
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Hadisə sosial şəbəkə vasitəsilə keçmiş futbolçu Sərhəd Akının onun haqqında dediklərinə sərt cavab verib.

Teleqraf.com-un xəbərinə görə, müğənni deyilən fikir qarşısında susa bilmədiyini söyləyib: “Uzaqdan adamsan, amma adamlıqdan uzaqsan... Əslində, sənə cavab verməzdim, amma qadınların şiddətə məruz qaldığı bir dövrdə susmaq istəmədim.

Yazdığına ağzım açıla qaldı. Belələrinin özünə, daha doğrusu, həyat yoldaşları və övladlarına görə üzülürəm. Həyat yoldaşım başqa qadın haqqında bu cür danışsaydı utanardım”.

Qeyd edək ki, Sərhəd Akın Hadisə haqqında açıqlama verib. O, Hadisənin əvvəllər çirkin olduğunu bildirib: “Bəyənməmişdim. Allah məni öldürməsin, sonradan açıldı. Ərəb atı kimi...”


Müəllif: Cəmilə