12 May 2018 17:44
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bağça müəlliməsi 4 yaşlı uşağı cəzalandırmaq üçün qalan azyaşlılara onu daş-qalaq etmək göstərişi verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisənin video-görüntüləri ortaya çıxandan sonra müəllimə sorğu-sual olunub.

Hadisə ABŞ-ın Arkansas ştatında olub. Polisin məlumatına görə, müəllimə 4 yaşlı uşağı dəcəlliyinə görə cəzalandırmaq istəyib. Bağçadakı 6 uşağa yerdən daş götürərək ona atmağı əmr edib.

Polis hazırda hadisəni araşdırır.


Müəllif: Cavad