13 May 2018 00:42
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada bıçaqla silahlanan naməlum şəxs bir neçə nəfərə hücum etməsi nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Bu barədə BFM telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Parisdə, ikinci dairədə, Monsini küçəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları cinayətkara atəş açaraq onu öldürüblər.


Müəllif: Teleqraf.com