13 May 2018 09:50
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda yanğın baş verib.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun, Qobuqıraq kəndində ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yerli yanğın bölmələri tərəfindən söndürülüb.​


Müəllif: Teleqraf.com