13 May 2018 22:25
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada özlərini polis kimi təqdim edən şəxslər yük maşınlarını saxlayaraq qarətlə məşğul olublar.

Teleqraf.com xəbər verir ki, onların qurbanlardan biri də Azərbaycan vətəndaşı olub.

Mayın 3-də saat 22 radələrində 50 yaşlı azərbaycanlıya polis geyimində bir şəxs yaxınlaşıb və ondan sənədlərini tələb edib. Saxta polis azərbaycanlının sənədlərini yoxladıqdan sonra maşında axtarışlar aparıb və 8,5 min avro pulunu götürüb.

Hazırda saxta polislərin yaxalanması üçün əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com