15 May 2018 13:14
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında iki körpənin ölümü ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Teleqraf.com-a bildirib ki, Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızı xəstəxanaya ölü döllə gətirilib.

Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı isə xəstəxanaya gətirlən zaman göbək ciyəsi uşağa 2-3 dəfə dolanmış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq, körpə 5-6 dəqiqdən sonra tələf olub”.

Səfayə Əhmədova qeyd edib ki, körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb: “Məsələ Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Hazırda prokurorluq araşdırma aparır ”.

***

09:43

Sabirabad Rayon Mərkəzi Xəstəxanası iki körpənin ölümü ilə bağlı əlavə heç bir məlumat verə bilməz.

Bu barədə xəstəxanadan Teleqraf.com-a bildirilib.

Xəstəxana rəsmisininn sözlərinə görə, uşaqlar gecə doğuşdan sonra ölüb: “Məsələ barədə məlumat hüquq-mühafizə orqanlarına bildirilib. Prokurorluq araşdırma aparır”.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.

Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb (APA).

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.


Müəllif: İlhamə Əbülfət