Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri və Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri Azərbaycanın işğal altındakı ərazilərində birgə təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, təlimləri izləmək üçün Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyan işğal altındakı ərazilərə gəlib.
Təlimlərdə məqsəd rəqibin güclü hücumu zamanı müdafiə olunmaq və əks-hücuma keçməkdir.