17 May 00:32

Məşhur rusiyalı müğənni Qriqoriy Leps İsrailə buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Knessetin deputatı Yuliya Malinovskaya özünün “Feysbuk” səhifəsində yazıb.

O bildirib ki, Leps ilə birlikdə gələn 17 musiqiçi və texniki işçi ölkəyə daxil olsa da, müğənni geri qaytarılıb.

Müğənninin ölkəyə buraxılmamasının səbəbi açıqlanmır.

Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.

Xatırladaq ki, 2013-cü ildə ABŞ Lepsi Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə günahlandıraraq ölkəyə girişinə qadağa qoymuşdu.


Müəllif: Teleqraf.com
Загрузка...