17 May 2018 22:48
3 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda naməlum şəxslər qəbiristanlıqlardakı heykəlləri oğurlayıblar. Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbiristanlığında baş verib.

Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Orda digər məzarlara da hörmətsizlik edilib.

Oğrular mərhum Nadir Əliyev və İsgəndər Cəfərovun da mərmərdən olan heykəllərini oğurlayıblar. Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır.

Qəbiristanlıqda təmizlik işləri apara qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa oğurlanır.


Müəllif: Teleqraf.com