19 May 2018 08:28
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya sakini Devid Morana həkimlərin səhv qərarı səbəbindən əllərindən və ayaqlarından məhrum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

24 yaşlı Devid yanvarın 24-də ağrı hiss etdiyi üçün xəstəxanaya gedib və analiz verib. Nəticələrə baxan həkim təhlükəli heç nə görməyib, bunun soyuqdəymə olduğunu deyərək pasiyenti evə göndərib.

Bir qədər sonra xəstə özünü yenidən pis hiss etməyə başlayıb. Temperaturu 39 dərəcəyə qalxan Morananın bədənində narıncı ləkələr əmələ gəlib.

O, xəstəxanaya qayıdıb, yoxlamadan sonra həkimlər onda meningit aşkarlayıb. İki gün ərzində infeksiya xəstənin bütün bədəninə yayılıb. Həkimlər onu xilas etmək üçün əl və ayaqlarının hər ikisini kəsiblər.

Həkim səhvindən əməliyyat olunmuş Morana protez almaq üçün xeyriyyə fondlarının köməkliyi pul yığmağa çalışır. Əvvəllər idmançı olan Morana yenidən aktiv həyat tərzi sürmək istəyini bildirib.


Müəllif: Ruslan