22 May 2018 09:59
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

Bu barədə Teleqraf.com-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

Baş həkim bildirib ki, hadisə nətiəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü Natiq İbrahimov Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib: "1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb".

Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılmışdı.


Müəllif: İlhamə Əbülfət