22 May 2018 19:45
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində Ümraniyə xəstəxanasının qarşısında baş vermiş silahlı insident təhlükəsizlik kamerasına həkk olunub.

Teleqraf.com xəbər verir ki, Feyyaz E. adlı şəxs odlu silahla Ramazan Sarı və Suzan Sarı adlı ər-arvadı qətlə yetirib, daha iki tibb işçisini yaralayıb.

Qohumları mərhum ər-arvada qarşı daha öncə təhdidlər olduğunu bildiriblər.

Caninin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com