24 May 2018 17:59
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada partlayış baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Almadağ rayonunda barıt fabrikində qeydə alınıb.

Məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Ruslan