24 May 2018 23:27
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda 32 yaşlı gəlin ailəsini tərk edib.

Qadın 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə çıxıb.

Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldşının hansı səbəbdən getdiyini bilmir. Qadının anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.

Övladları 10 yaşlı Nicat və 6 yaşlı Ömər analarının qayıtmasını istəyir. Hadisə ilə bağlı rayon polis çöbəsinə məlumat verilib.


Müəllif: Teleqraf.com