26 May 2018 09:11
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un Qərb bürosunun məlumatına görə, Zeynalov Əhəd Yüsif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi "Kamaz" markalı yük maşınını aşırdıb.

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com