26 May 2018 09:45
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosul və Telafər şəhərlərinin İŞİD-dən təmizlənməsindən sonra İraqda həbsdə olan 4 türk qadın ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə qadınların yaxınları məlumat verib.

Onlar əzizlərinin ölüm səbəbindən məlumatsız olduqlarını və cənazələrini Türkiyəyə gətirə bilmədiklərini deyiblər.

Qeyd edək ki, Bağdad da 328 Türkiyə vətəndaşı olan qadın, 330 körpə uşaq saxlanılır. Onlar İŞİD üzvü olublar.

Bir neçə ay əvvəl 16 qadın edam cəzasına məhkum edilib.

Türkiyə vətəndaşı olan İpək Özalan, Kübra Əkinci, Ruveyda Doğan və Şükriyyə Çatalın öldüyü bəlli olub. Onların ailələri xəbəri alan kimi Ankarada Xarici İşlər Nazirliyinin qarşısına gələrək etiraza başlayıblar. Nazirlik rəsmiləri onları qəbul edib və bu şəxslərin öldüyü haqda xəbəri təsdiq edib.


Müəllif: Cavad