26 May 2018 14:25
2 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azan səsini eşidən itlərin hürməyə başlaması bəzi insanlarda təəccüb doğurur.

Teleqraf.com xəbər verir ki, alimlər bunun izahını veriblər.

Onların fikrincə, itlər yalnız azanın səsinə reaksiya vermir, həmçinin yaxınlıqdan keçən təcili yardım və yanğınsöndürən maşınlarının siqnallarına da biganə qalmırlar.

İtlərin yüksək tonlu səs eşidən zaman hürmələrinin səbəbləri var. Bu, həmin heyvanların səsə daha həssas olmaları ilə bağlıdır.

İtlər hətta insanların qulağına çatmayan ən zəif səsləri də eşidə bilirlər. Bu səbəbdən mütəxəssislər itlərin həddindən artıq gurultulu səslərə narahat olduqlarını və buna reaksiya olaraq hürdüklərini bildirirlər.


Müəllif: Cəmilə