26 May 2018 15:52
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ata oğlunu küçənin ortasında döyüb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Kilis Haqverdi məhəlləsində ata-oğul arasında səbəbi bilinməyən mübahisə başlayıb.

Bu zaman oğlan atasını vurub və onun burnu qanayıb. Əsəbiləşən yaşlı kişi uşağını ətrafdakıların gözü qarşısında döyməyə başlayıb.

Uşaq atasından üzr istəsə də, kişi oğlunu döyməyə davam edib.

Nəhayət, küçədəkilər köməyə gəlib, ata oğlundan kənarlaşdırılıb.


Müəllif: Cəmilə