26 May 2018 16:18
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada ultra-millətçi “Pegida” təşkilatına Ramazan ayında müsəlman məscidi qarşısında donuz əti bişirmək qadağan edilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, “Pegida” iyunun 4-də Hollandiyanın Utrekst şəhərindəki məscidin önündə donuz əti bişirmək üçün müraciət edib.

Şəhər bələdiyyəsi müraciəti rədd edib.

Müsəlmanların müqəddəs ayı olan Ramazanda Hollandiyadakı digər böyük şəhərlərdə də məscid qarşısında donuz əti bişirməyin yasaqlanması planlaşdırılır.


Müəllif: İlhamə Əbülfət