26 May 2018 23:14
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Əmirov Arif Əmirhüseyin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com