27 May 2018 19:05
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETO-nun axtarışda olan üzvü və homoseksual olduğu güman edilən imam QİÇS testi etdirmək üçün gəldiyi xəstəxanada saxlanılıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Antaliyanın Alanya vilayətində saxlanılan şəxs təxminən 10 ildir internetdə tanış olduğu kişilərlə görüşərək cinsi əlaqədə olduğunu etiraf edib. Bu vəziyyəti FETÖ və ailəsindən gizlədiyini deyən imamın münasibətdə olduğu 5 nəfər artıq polis tərəfindən aşkar edilib.

FETO-nun İspartadakı evində 2007-2010-cu illərdə qaldığını deyən şübhəli bu şəhərdə yaşadığı zaman şifrəli xəbərləşmə proqramı olan “ByLock”dan istifadə etdiyini, Yenişarbademlidə imam olduğunu bildirib. Onun keçən il Afyonqarahisarın Sandıqlı vilayətində imamlıq etdiyi də bəlli olub.


Müəllif: Nərgiz