27 May 2018 13:09
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 4 rus hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naizliyi məlumat yayıb. Onlar Suriyada yaraqlılar tərəfindən atəşə tutulub və həyatlarını itiriblər.

Məlumata görə, olay Deyr əz-Zor əyalətində baş verib. Sutkanın qaranlıq vaxtı Suriya hökumət qüvvələrinin artilleriya batareyasının yaraqlıların olduğu yerə hücumu nəticəsində baş verən atışma nəticəsində iki rus hərbi müşavir yerindəcə həlak olub, 5-i ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, yaralananlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.

Rusiya Müdafiə Nazirliyi əməliyyatda iştirak edən bütün hərbçilərin dövlət mükafatına təqdim edildiyini açıqlayıb.

O da bildirilir ki, əməliyyat suriyalı və rus hərbçilərin birgə komandanlığı ilə hazırlanb. Döyüşlər bir saata yaxın davam edib, bu zaman 43 yaraqlı öldürülüb, 6 zirehli avtomobil məhv edilib.


Müəllif: Səxavət