18 Avqust 2014 15:34

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı politoloq Arif Yunusun hüquqlarının müdafiəsi işini üzərinə götürən müxalifət düşərgəsində narazılıq yaranıb. Teleqraf.com xəbər verir ki, siyasi qüvvələr real müxalifət olduqlarını sübut etmək üçün məhbus QHT nümayəndələrinin müdafiə komitələrini yaradıblar. Amma Yunusovlar seçmək etmək məcburiyyətində qalıblar. Hansı müdafiə komitəsinə etibar edilməlidir?

A.Yunusun Amerikada yaşayan qardaşı ailənin adından danışaraq seçinlərini açıqlayıb: "Ailəmizin adından Leyla və Arif Yunusun müdafiə komitəsinin rəhbərliyini yaxın və etibarlı dostum, görkəmli ziyalı Çəmil Həsənliyə havalə edirəm. Xahiş edirəm, Çəmil bəy bu məsələdə ağsaqqalliq etsin, Leyla xanıma və Arif bəyə hörməti olanları bir araya gətirsin. Bu yanaşma ilk növbədə həbsdə olanlara münasibətdə cox düz olar”.

Yunusovların bu seçimi Müsavat Partiyası və KXCP daxilində narazılıqla qarşılanıb. İsa Qəmbər, Mirmahmud Mirəlioğlu və digər müxalifət nümayəndələri həbs edilən QHT nümayəndələrinin hüquqlarının müdafiəsi istiqamətində tədbir keçirib, bəyanat yayıblar. Milli Şura, o cümlədən, Cəmil Həsənli və AXCP sədri Əli Kərimli həmin təbirdə iştirakdan imtina ediblər. Belə çıxır ki, həbsdəki şəxslər əsas müdafiəçi qismində Milli Şura və onun sədri Cəmil Həsənlini görürlər. Digərlərinə isə etibar etmirlər.

Ayxan


Müəllif:
Загрузка...