28 Aprel 2014 13:13
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Milli Şuradan çıxmışıqsa və siyasətlə məşğul oluruqsa Düşüncə Mərkəzi ilə bağlı işləri həyata keçirmək lazımdır”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “El” Hərəkatının sədr müavini Köçəri Nağıbəyli Müsavatın qərargahında keçirilən toplantıda səsləndirib.

Onun sözlərinə görə, Düşüncə Mərkəzi strukturlaşmalıdır: “Təşkilati qurumlar formalaşmalıdır ki, fəaliyyətimizi bu formada davam etdirək”.

Qeyd edək ki, ictimai Palatanın fəaliyyətinə xitam veriləndən sonra Müsavat Partiyasının nəzdində Düşüncə Mərkəzinin formalaşacağı istiqamətində təkliflər səslənsə də, bu günədək bu istiqamətdə ciddi müzakirələr getməyib.

Cavidan


Müəllif: