28 Aprel 2014 15:50
2 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat Partiyasında kütləvi etiraz aksiyası ilə bağlı müzakirələr gedir və mən hesab edirəm ki, həbs olunan şəxslərlə bağlı yaxın günlərdə mitinq keçirmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün partiyanın mərkəzində keçirilən tədbir zamanı səsləndirib.

Müsavat başqanı hesab edib ki, "Məhsul" Cəmiyyətinin stadionunda belə bir mitinq keçirmək mümkündür: “Əgər digər qüvvələr də bu haqda düşünsələr və mövqelərini ifadə etsələr, böyük bir mitinq keçirə bilərik. Düşünürəm ki, lap yaxın günlərdə bununla bağlı müraciət etmək olar”.

Cavidan


Müəllif: