21 Avqust 2014 11:53
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nailə İsmayılova: “Siyasi məhbus adı altında iqtidara təzyiq etmək istəyirlər”

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova Leyla Yunusun həbsinə siyasi don geyindirilməsinin əleyhinə olan bəyanat yayıb.

Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Leyla Yunus da Azərbaycan vətəndaşıdır və hər bir vətəndaş kimi bu ölkənin qanunları qarşısında məsuliyyət daşıyır. QHT sədri və yaxud başqa bir statusa sahib olması onu törətdiyi əməllərə görə sığortalamır. Leyla Yunus və əri Arif Yunusla bağlı doğru qərarı şübhəsiz ki, istintaq bitdikdən sonra məhkəmə verəcək. Ancaq çox təəssüf ki, ölkənin daxili və xarici düşmənləri bu məsələdən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi ilə istifadə edir, onun əməllərinə siyasi don geyindirməyə çalışırlar”.

Qeyd olunur ki, L.Yunus Azərbaycanla müharibə aparan, torpaqlarını işğal edən, 1 milyon vətəndaşını qaçqın edən Ermənistanla əməkdaşlığı, onun maraqlarını öz vətəndaşı olduğu ölkədən və onun maraqlarından üstün tutub:

“Yaxşı olar ki, Qərb dovlətləri Leyla Yunusla baglı bu qədər narahat olduqları kimi, az da olsa bu münaqişədən ötrü narahat olsunlar və Ermənistana sanksiyalar tətbiq etsinlər, yalanları ilə dünyanı barmağına dolayan erməni lobbisini susdursunlar. Belə olmadıqca biz Qərbin səmimiyyətinə inanmıırq və bu bizə haqlı olaraq düşünməyə əsas verir ki, demokratiya carçısı olan Qərbin siyasi məhbus axtarmaq bəhanəsi ilə mövcud hakimiyyətə təzyiq göstərməkdən başqa niyyəti yoxdur”.

Səxavət


Müəllif: