28 Aprel 2014 17:18
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda hazırkı vəziyyət ona dəlalət edir ki, onlar vəziyyəti dəyərləndirməlidir. Vəziyyət həm ölkədə, həm də ətrafında ağırlaşa bilər, asan olmadığı halda, yenə də pisləşə bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin dəyişmədiyini bildirən nazir müavini vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin sonuncu zirvə toplantısında Ermənistan prezidenti Ermənistanın təklikdə qaldığına və heç kəsin açıq dəstək vermədiyinə bir daha şahid olub.

Səxavət


Müəllif: