28 Aprel 2014 17:30
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin mənə qarşı təhdidləri davam etsə də, əvvəlki kimi açıq-aşkar deyil”.

Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu deyib.

Onun sözlərinə görə, təhdidlər internet və telefon vasitəsi ilə, habelə bəzi çıxışlar zamanı olur: “Ümid edirəm ki, gələcəkdə buna son qoyulacaq. Zənnimcə, indi Ermənistanın daha önəmli problemləri var və məni düşünəcək halda deyillər”.

Qeyd edək ki, A. Qriqoriu Ermənistan parlamentində beynəlxalq konfrans zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və Xocalıda soyqırımı törətdiyini bəyan etmiş moldovalı siyasətçidir. Onun bu fikirlərindən sonra ombudsman Ermənistanda təcrid vəziyyətində saxlanmış və təhdid edilmişdir.
O, II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün hazırda Bakıda səfərdədir.


Müəllif: